PSJ-nin oyunçusu Xviça Kvaratsxeliya adını Çempionlar Liqası tarixinə yazdırıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, cinah hücumçusu turnir tarixində tək bir Çempionlar Liqası mövsümündə ardıcıl yeddi pley-off matçında məhsuldarlığı ilə fərqlənən ilk oyunçu olub.
Kvaratsxeliya bu yeni nailiyyəti Münhendə "Bavariya"ya qarşı yarımfinalın cavab oyununda əldə edib. Oyunun ilk dəqiqələrində gürcü oyunçu hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə edib.
Milli.Az