Məşhur hakim tanınmaz halda - FOTO

7 May 2026 10:10

Cüneyt Çakır Gürcüstanda hakimlik sisteminin inkişafı ilə bağlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, Dünya çempionatında administrator kimi iştirak etməyin böyük şərəf olduğunu bildirib və son 4 ildə hakimlərin hazırlanması üçün çalışdıqlarını deyib. Çakırın sözlərinə görə, artıq Gürcüstandan Çempionlar Liqası və Avropa Liqasında oyun idarə edən hakimlər var.

Hazırda Gürcüstandakı işindən məmnun olduğunu vurğulayan Çakır, burada əlindən gələni etməyə davam edəcəyini bildirib.

Bununla yanaşı, uzun illər sonra görüntülənən təcrübəli hakimin yaşlanmış görünüşü sosial mediada da geniş müzakirə olunub.

Milli.Az