Türkiye müdafiə sənayesində yeni layihəsini təqdim edib. "Yıldırımhan" adlanan və ölkənin ilk qitələrarası ballistik raketi kimi təqdim olunan sistem ictimaiyyətə nümayiş etdirilib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, raketin uçuş məsafəsi 6 min kilometrə qədərdir. Bildirilir ki, "Yıldırımhan" səs sürətini 25 dəfə üstələyə bilən hipersəs texnologiyasına malikdir. Bu xüsusiyyət raketin hədəfə çox qısa müddətdə çatmasına imkan yaradır.
Məlumatlarda qeyd olunur ki, yeni raket strateji obyektlərə, o cümlədən dərin bunkerlər və xüsusi mühafizə olunan hərbi infrastruktur elementlərinə qarşı istifadə üçün nəzərdə tutulub. Layihənin SAHA 2026 sərgisində təqdim olunduğu bildirilib.
Raketin üzərində Mustafa Kemal Atatürk imzası və Osmanlı tuğrasının yer alması da diqqət çəkən məqamlardan biri olub. Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub.
Türkiyə rəsmiləri "Yıldırımhan" layihəsinin ölkənin müdafiə və strateji çəkindiricilik imkanlarını gücləndirəcəyini bildiriblər.
Hüseyn
Milli.Az