FIFA tərəfindən Azərbaycanın "Neftçi" klubuna transfer qadağası tətbiq olunub.
Milli.Az xəbər verir ki, qərar ali futbol qurumunun rəsmi platformasında yayımlanıb. Qadağa 2026-cı il mayın 5-dən qüvvəyə minib və Bakı təmsilçisi növbəti üç transfer pəncərəsi ərzində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək.
Hazırda qərarın hansı səbəbdən verildiyi açıqlanmayıb.
Qeyd edək ki, transfer qadağası tətbiq olunan komandalar arasında Türkiyənin "Antalyaspor", Misirin "Zamalek" və Rumıniyanın "CFR Cluj" klubları da var.
Hüseyn
Milli.Az