Müğənni Qumral açıqlamaları ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, kənardan şou-biznes nümayəndələrinin həyatı rahat görünsə də, əslində bu belə deyil. Onun sözlərinə görə, ailə həyatı və gündəlik məsuliyyətlər kifayət qədər çətinlik yaradır: "İlk növbədə anayıq, evimizin xanımıyıq. Mənim işçim də yoxdur, hər şeyi özüm edirəm".
Qumral qazancı ilə bağlı deyilənlərə də aydınlıq gətirib. O qeyd edib ki, "30 min qazanır" kimi fikirlər bəzən şişirdilmiş şəkildə təqdim olunur: "Bu məbləğ ümumi dövriyyədir. Xərcləri çıxanda o qədər də böyük qazanc qalmır. İşlərim çox olanda bu rəqəm olur, az olanda isə o gəlir olmur".
Müğənni həmçinin yaşayış şəraitindən də danışıb. Onun sözlərinə görə, hazırda həyat yoldaşı ilə birlikdə anasının verdiyi evdə yaşayır, daha əvvəl ərə gedəndə köçdüyü və yaşadığı evi isə kirayəyə veriblər.
Açıqlama sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər sənətçinin səmimi etiraflarını anlayışla qarşılayıblar. Buna baxmayaraq, Qumralın fikirləri şou-biznesdə görünən və görünməyən tərəflər barədə yenidən müzakirə açıb.
Musa
Milli.Az