Nəvai sürücülük hüququndan məhrum edilə bilər

7 May 2026 00:41

Rusiyada məşhurlaşan Navai ləqəbli azərbaycanlı ifaçı Nəvai Bəkirov Moskvada baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hüquq-mühafizə orqanları tərəfindən dindirilib və sərbəst buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Hazırda sənətçinin sürücülük hüququnun məhdudlaşdırılması ehtimalı nəzərdən keçirilir.

Hadisə mayın ötən gün axşam saatlarında Zubovski bulvarı ərazisində qeydə alınıb. Dövlət qeydiyyat nişanı olmayan qara rəngli "Ferrari" markalı avtomobil idarəetmədən çıxaraq bir neçə dəfə fırlanıb və yol kənarındakı dirəyə çırpılıb.

Sənətçi açıqlamasında bildirib ki, avtomobili yaxın vaxtda əldə etdiyi üçün ona hələ dövlət qeydiyyat nişanı quraşdırılmayıb. O, yüksək sürətlə hərəkət etmədiyini, qəzanın isə texniki səbəblərdən - keyfiyyətsiz təkərlərdən qaynaqlandığını qeyd edib. Daha sonra isə avtomobilin icarəyə götürüldüyünü açıqlayıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. (Axşam.az)

Milli.Az