"Real Madrid"in futbolçuları məşqdə əlbəyaxa olub

6 May 2026 22:17

"Real Madrid"in bugünkü məşqində Orelyen Çuameni və Fede Valverde arasında qarşıdurma yaşanıb.

Milli.Az xəbər verir ki, onlar az qala əlbəyaxa davaya çıxacaqdılar, paltardəyişmə otağında isə gərginlik daha da pik həddə çatıb.

Qeyd edək ki, "Real Madrid"də son vaxtlar belə hadisələr tez-tez yaşanır. Daha əvvəl Antonio Rüdigerin Alvaro Karreras şillə ilə vurduğu iddia olunmuşdu. Bundan əlavə komandanın ispaniyalı futbolçuları ilə baş məşqçi Alvaro Arbeloanın münasibətləri də pozulub. (Offsideplus.az)

Milli.Az