Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

6 May 2026 20:26

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

"Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskid'n telefon zəngi qəbul etdim. Zəng zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə edilib. Həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi apardıq".

Milli.Az