Müğənni İlqar Xəyal ilk dəfə 6 yaşlı qızından danışıb.
Milli.Az xəbər verir ki, sənətçi "Qonaqcanlı" proqramında övladının opera ifaçısı olduğunu bildirib.
"Mənim qızım çox istedadlıdır. Opera oxuyur. 6 yaşı var. Qəribədir, haradan tapıb bunu bilmirik. Günlərin birində mən və anası onunla məşğul oldu. Anası vokal müəllimidir. Tədbirlərin birində ingilis dilində mahnı oxudu. Müəllim onu çağırdı, öpdü, şokoladlar verdi. Mən əvvəlcədən nəyisə qabartmaq istəmirəm. Oğlum Teymura da dəstək olmamışam" deyə, İ.Xəyal əlavə edib.
Qeyd edək ki, müğənni iki dəfə ailəli olub. Birinci evliliyindən üç oğlu, ikinci evliliyindən bir qızı var. (Axşam.az)
Milli.Az