Bu ilin yanvar-mart ayları ərzində keçirilmiş elektron satınalmalar ötən ilin analoji dövrü ilə müqayisədə say üzrə 3,8%, məbləğ üzrə isə 9,4% artıb.
Milli.Az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Belə ki, bu ilin ilk üç ayında elektron satınalmaların sayı 1130 vahid, məbləği isə 571,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə elektron satınalmaların sayı 1089, məbləği isə 522 milyon manata bərabər idi.
Bəhs edilən dövr ərzində açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 olub.
"Dövlət satınalmalarının rəqəmsallaşdırılması sahibkarlıq subyektlərinin satınalmalara asan çıxışını təmin edən və rəqabətliliyi təşviq edən əsas vasitələrdən biridir", - məlumatda qeyd edilib./Trend.Az
Milli.Az