Marko Rubio Vaşinqtonun Hörmüz boğazında həyata keçirdiyi əməliyyatın hücum deyil, müdafiə məqsədi daşıdığını açıqlayıb. O, bu barədə Ağ Evdə təşkil olunan brifinqdə danışıb.
Milli.Az xəbər verir ki, Rubio bildirib ki, ABŞ tərəfi yalnız cavab xarakterli addımlar atır: "Bizim prinsipimiz sadədir - bizə qarşı hücum olmazsa, biz də hücum etmirik. Lakin gəmilərimizə və ya qüvvələrimizə qarşı hər hansı təhdid olarsa, buna mütləq cavab veriləcək".
Dövlət katibi vurğulayıb ki, heç bir ölkə beynəlxalq sular üzərində nəzarət iddiası qaldıra bilməz. Onun sözlərinə görə, İran bu istiqamətdə addımlar atmağa çalışır.
Eyni zamanda ABŞ İrana qarşı tətbiq edilən sanksiyaların pozulmasına yardım edən qurumlara xəbərdarlıq edib. Rubio qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi bu prosesə ciddi nəzarət edir və məhdudiyyətlərdən yayınmağa kömək edən xarici bank və şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq olunacaq.
Onun sözlərinə görə, İrana yönələn maliyyə axınları izlənilir və bloklanır. Bu səbəbdən belə fəaliyyətə cəlb olunan istənilən maliyyə və kommersiya qurumu ABŞ maliyyə sisteminə çıxışını itirə bilər.
Asya
Milli.Az