Türkiyəli sosial media fenomeni Murat Övüç həbs həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, o, həbsdə keçirdiyi çətin günlərdən danışaraq yaşadıqlarını bölüşüb. Murat Övüç bildirib ki, ona qarşı münasibətin çox sərt olduğunu hiss edib və sanki ağır cinayət törətmiş biri kimi davranıldığını düşünüb.
Fenomen qeyd edib ki, vəkilləri tərəfindən üç dəfə etiraz edilsə də, müraciətlər rədd olunub və ümumilikdə 102 gün həbsdə qalıb. O, bu müddətin onun üçün dərs olduğunu vurğulayaraq, səhvlərini anladığını və bu prosesin müəyyən mənada faydalı olduğunu deyib.
Murat Övüç bundan sonra həyatında dəyişiklik edəcəyini, daha düzgün davranmağa çalışacağını bildirib. O, gələcəkdə cəmiyyət üçün nümunə olmağı hədəflədiyini qeyd edib.
Fenomen həmçinin əlavə edib ki, sosial mediada yaratdığı obrazın sadəcə əyləncə məqsədi daşıdığını, qadın geyimləri və makiyajın bir rol çərçivəsində təqdim edildiyini deyib. Bundan sonra isə həyat tərzində daha fərqli istiqamət seçəcəyini vurğulayıb.
Açıqlamalar sosial mediada geniş müzakirələrə səbəb olub.
Ətraflı videomaterialda:
Musa
Milli.Az