Tanınmış müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti, Dağıstan Respublikasının Xalq artisti Ədalət Şükürov paytaxtda möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
33 Event-in təşkilatçılığı ilə keçiriləcək "Bir Yaz Axşamı" adlı yubiley konserti mayın 13-də Heydər Əliyev Sarayı səhnəsində baş tutacaq.
Gecədə sənətçinin sevilən hitləri ilə yanaşı, yeni musiqi nömrələrinin də səsləndiriləcəyi gözlənilir. Konsert proqramı tamaşaçılara unudulmaz musiqi axşamı və zəngin səhnə performansı vəd edir.
Tədbirin yüksək səviyyədə təşkil olunacağı, canlı ifalar və xüsusi səhnə quruluşu ilə yadda qalacağı bildirilir.
Biletlər əldə etmək üçün
https://iticket.az/events/concerts/edalet-shukurov2026
Milli.Az