Bred Pitt Ancelina Coliyə məğlub oldu

6 May 2026 15:08

Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pitt ilə məhkəmə çəkişməsində qismən üstünlük əldə edib.

Milli.Az xəbər verir ki, ABŞ-ın Los-Anceles Məhkəməsi Pittin Colidən onların şərab zavodu ilə bağlı 22 şəxsi mesajın təqdim olunması barədə vəsatətini rədd edib. Hakim bildirib ki, bu yazışmalar vəkil-müştəri sirri ilə qorunur və Pitt bunun əksini sübut edə bilməyib.

Beləliklə, məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb. Qeyd olunub ki, gələcəkdə yeni faktlar ortaya çıxarsa, məsələ yenidən araşdırıla bilər.

Eyni zamanda, Colinin Pittə qarşı 33 min dollar cərimə tələbi də təmin edilməyib. Məhkəmə Pittin mövqeyində müəyyən hüquqi əsasların olduğunu nəzərə alıb.

Fidan

Milli.Az