Fərid də Nagehandan geri qalmadı: O da yeni sevgili TAPDI - FOTOları

6 May 2026 15:30

Sosial şəbəkələrdə paylaşımları ilə tanınan influenser Nagehan Abdullayevanın bloqer olan keçmiş həyat yoldaşı Fərid Abdullayev də diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, 9 illik evliliklərini sonlandıran cütlükdən sonra Fərid Abdullayev şəxsi həyatı ilə gündəmə gəlib. O, sosial media hesabında yeni münasibətdə olduğu xanımla fotosunu paylaşıb. Paylaşımda diqqət çəkən məqam isə gənc qadının üzünün emoji ilə gizlədilməsi olub.

Qeyd edək ki, Nagehan Abdullayeva ilə Fərid Abdullayevin bu evlilikdən iki övladı var. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az