"Aziz başkan" geri qayıdır: Namizəd oldu

6 May 2026 14:07

"Fənərbağça"nın sabiq prezidenti Aziz Yıldırım yenidən rəhbərlik uğrunda mübarizəyə qoşulub.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, klubun keçiriləcək növbədənkənar qurultayında prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlayıb.

Aziz Yıldırım seçki prosesi ilə bağlı çıxışında digər namizədlər - Barış Göktürk və Hakan Safiyə müraciət edərək, vahid mövqedə birləşməyi təklif edib.

Xatırladaq ki, Aziz Yıldırım 1998-ci ildən 2018-ci ilə qədər "Fənərbağça" klubunun prezidenti vəzifəsini icra edib və bu müddətdə komanda bir sıra uğurlara imza atıb.

Hüseyn
Milli.Az