Çinin Şanxay şəhərinin şimal-şərqində hündürlüyü 228 metr olacaq spoksuz (şüasız) dönmə çarxının tikintisi planlaşdırılır.
Milli.Az bu barədə Çin mətbuatına istinadən xəbər verir.
Məlumata görə, layihənin tikintisinə 2026-cı ilin sonunda başlanacaq.
"Şanxay arxası" adlanan attraksion Yantszı çayının deltası yaxınlığında, Baoshan rayonunda, Usonkou beynəlxalq kruiz terminalına yaxın ərazidə inşa ediləcək. Dönmə çarxının yaxınlıqdakı turistik obyektlərlə inteqrasiya olunması nəzərdə tutulur.
Layihənin ümumi dəyəri 2 milyard yuan (təxminən 293 milyon ABŞ dolları) təşkil edir.
Qeyd edək ki, hazırda dünyanın ən böyük spoksuz dönmə çarxı "Bohai Eye" adlanır və Çinin Şandunq əyalətində yerləşir. Onun hündürlüyü 142.52 metrdir. Kabinlər isə hərəkətsiz halqavari konstruksiyanın xarici hissəsi boyunca hərəkət edir.
Ayxan
Milli.Az