Azərbaycanda keçiriləcək Formula 1 Qran-Prisində məşhur müğənni Keti Perri səhnə alacaq.
Milli.Az xəbər verir ki, o, sentyabrın 25-də keçiriləcək xüsusi gecədə çıxış edəcək.
Keti Perri beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. "Firework", "Roar" və "Dark Horse" kimi qlobal hitləri ilə yeddi "Diamond" sertifikatı qazanan müğənni rekordlar qıran dünya turları və möhtəşəm səhnə performansları ilə tanınır.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-dən 26-na qədər Bakıda keçiriləcək.
Milli.Az