Çavuşoğlunun qardaşı güllələndi - FOTO

6 May 2026 11:46

Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı güllələnib.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı Aydın Çavuşoğlu ofisində güllələnmiş halda aşkar edilib.

Xəstəxanaya yerləşdirilən iş adamı hazırda reanimasiyadadır.

Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az