Azərbaycanda son bir ildə bu məhsullar kəskin BAHALAŞIB

6 May 2026 11:21

"2026-ci ilin martında 12 aylıq inflyasiya 5.6% təşkil edib".

Milli.Az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

Qeyd edib ki, illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.5%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% olub. 

Bildirib ki, illik baza inflyasiya 5.5% təşkil edib.
 
Mina Mikayılova
Milli.Az