ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu ehtimal edilən daha bir katerə zərbələr endirib.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
"Kəşfiyyat məlumatlarına görə, katerin Sakit okeanın şərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyi müəyyənləşib", - deyə komandanlıqdan bildirilib.
Əməliyyat zamanı üç nəfər həyatını itirib. ABŞ hərbçilərindən zərər çəkən olmayıb.
Milli.Az