Gündəlik stress ölüm riskini 5 dəfə artırır - gece

7 May 2026 03:03

Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır.

Milli.Az xəbər verir ki, bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir.

Alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsinə səbəb olan uzunmüddətli stress yaşayırlarsa, növbəti altı il ərzində ürək problemlərindən ölmə riski 5 dəfə artır.

Qeyd olunur ki, bu ölümlərə insult, infarkt, ürək tutması və kəskin ürək çatışmazlığı daxil ola bilər. Lakin stressin xərçəng kimi xəstəliklərin inkişafına əlavə təsiri yoxdur.

Məlum olub ki, ən yüksək kortizol səviyyəsinə malik araşdırma iştirakçılarının ürək-damar xəstəliklərindən ölmə ehtimalı beş dəfə çoxdur.

Milli.Az