Məşhurlar "instagram"da milyonlarla izləyici itirdi - SƏBƏB

7 May 2026 10:58

Instagram istifadəçiləri son günlər izləyici saylarında gözlənilməz azalmalar müşahidə ediblər. Sosial şəbəkədə bunun "bot" və saxta hesabların silinməsi ilə bağlı olduğu iddia edilir.

Milli.Az xəbər verir ki, "Meta" məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, şirkət vaxtaşırı qeyri-aktiv və saxta hesabların platformadan silindiyini bildirir. Bu addım spamın azalması və daha real statistikanın qorunması məqsədi daşıyır.

İddialara görə, bir sıra məşhur şəxslər də böyük izləyici itkisi yaşayıb. Siyahıda Kylie Jenner 15 milyon, Cristiano Ronaldo 8 milyon, Selena Gomez isə 6 milyon izləyici itirib.

Həmçinin Ariana Grande, Taylor Swift və Justin Bieber kimi məşhurların da milyonlarla izləyici itirdiyi iddia olunur. Türkiyəli aktyorlar Demet Özdemir, Çağatay Ulusoy və Burak Deniz də bu siyahıda yer alıb.

Lakin yayılan rəqəmlərin rəsmi şəkildə təsdiqlənmədiyi vurğulanır.

Milli.Az