ÇL: Bu gecə ikinci finalçı bəlli olur

6 May 2026 10:22

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Milli.Az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab oyununda "Bavariya" Almaniyada Fransanın PSJ komandasını qəbul edəcək.

Qarşılaşma "Allianz Arena"da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Parisdəki ilk görüşdə meydan sahibləri qələbə qazanıb - 5:4.

Xatırladaq ki, cütün qalibi finalda İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gələcək. London klubu doğma meydanda İspaniyanın "Atletiko" kollektivini 1:0 hesabı (ilk oyun - 1:1) ilə üstələyib.

Milli.Az