ABŞ “Layihə Azadlıq” əməliyyatını dayandırdı

6 May 2026 10:02

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərin müşayiəti üzrə "Layihə Azadlıq" əməliyyatının qısa müddətə dayandırıldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, qərarın İranla mümkün razılaşmanın qiymətləndirilməsi məqsədilə qəbul edildiyi bildirilib.

Trampın sözlərinə görə, bu addım Pakistan və digər ölkələrin müraciətləri, həmçinin İranla yekun sazişə doğru əhəmiyyətli irəliləyiş nəzərə alınaraq atılıb.

ABŞ lideri Truth Social sosial şəbəkəsində yazıb ki, tərəflər arasında qarşılıqlı razılığa əsasən, blokada qüvvədə qaldığı müddətdə "Layihə Azadlıq" missiyası qısa müddətə dayandırılacaq. O qeyd edib ki, bu fasilə danışıqların yekun mərhələsinə şərait yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, Donald Tramp "Layihə Azadlıq" əməliyyatını 3 may tarixində elan etmişdi.

Ayxan
Milli.Az