Şəkidə ağır qəza: Ölən və yaralananlar var

6 May 2026 09:42

Şəki şəhərində "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Milli.Az xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində baş verib.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin - 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb, sürücü 22 yaşlı Ömər Tanrıverdiyev və digər sərnişin - 16 yaşlı yeniyetmə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az