Əməkdar artist Rəşad Haşımovın həyat yoldaşı, əməkdar artist Lamiyə Kərimova sosial şəbəkədə onunla bağlı paylaşımı ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi şəxsi hesabında toy günündən olan fotoları izləyiciləri ilə bölüşüb. O, paylaşımına əlavə etdiyi qeyddə münasibətlərinin illərdir qarşılıqlı anlayış və hörmət üzərində qurulduğunu vurğulayıb.
Lamiyə Kərimova bildirib ki, bir-birini olduğu kimi qəbul edən iki musiqiçinin hekayəsinin bu şəkildə qalmasını arzulayır.
Qeyd edək ki, bu nikah Rəşad Haşımov üçün ikinci evlilikdir. Cütlük eyni zamanda sənət fəaliyyətində də birlikdə çalışır - Lamiyə Kərimova onun rəhbərlik etdiyi kollektivdə solist kimi çıxış edir. Musiqiçinin əvvəlki ailəsindən iki övladı var.
Musa
Milli.Az