"WhatsApp" tətbiqində istifadəçilərin geniş maraq göstərmədiyi funksiyalardan biri ilə bağlı diqqətçəkən qərar verilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, platforma avatar yaratmaq və onları redaktə etmək imkanını mərhələli şəkildə ləğv etməyə hazırlaşır. Bu dəyişiklik həm Android, həm də iOS əməliyyat sistemlərini əhatə edəcək.
Yeniliyə əsasən, istifadəçilərin rəqəmsal obrazlarını formalaşdırmağa imkan verən alətlər, profil üzərindən avatar tənzimləmə bölməsi, eləcə də klaviaturada mövcud olan avatar stikerləri yaxın zamanlarda deaktiv olunacaq.
Bununla yanaşı, daha əvvəl göndərilmiş avatar stikerləri silinməyəcək və mövcud yazışmalarda qalmağa davam edəcək.
Qərarın qüvvəyə minməsindən sonra istifadəçilər artıq yeni avatar yaratmaq və ya mövcud olanları dəyişdirmək imkanından məhrum olacaqlar.
Musa
Milli.Az