Müğənni İradə İbrahimova son görünüşündəki dəyişikliklərlə bağlı səslənən fikirlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, sənətçi üzündə müəyyən estetik müdaxilələr etdirdiyini gizlətməyib. O, qeyd edib ki, bu mövzu ilə bağlı ilk və son dəfə danışır.
İfaçının sözlərinə görə, etdiyi dəyişikliklər ciddi deyil və yalnız xırda toxunuşlardan ibarətdir: o, görünüşündə müəyyən yeniliklər etməklə özünü daha yaxşı hiss etdiyini vurğulayıb. İradə İbrahimova bildirib ki, bu cür addımlar insanın ilk növbədə öz istəyi və özünə inamı üçün atılır.
Müğənni əlavə edib ki, tamaşaçı hər zaman estetik görünüşə önəm verir və o da bunu nəzərə alaraq, ifrata varmadan kiçik dəyişikliklər etməyi seçib. Nəticədən razı qaldığını deyən sənətçi, bəyənməyənlərin də ola biləcəyini normal qarşıladığını bildirib.
Sonda isə o, bu mövzu ilə bağlı ünvanlanan suallardan yorulduğunu qeyd edərək, bir daha eyni sualın verilməməsini istəyib.
Musa
Milli.Az