"Real" axtardığı qapıçını TAPDI: 50 milyona

6 May 2026 10:00

İspaniyanın "Real Madrid" komandası heyətini gücləndirmək üçün yeni qapıçı axtarışındadır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi Portuqaliyanın "Porto" klubunda çıxış edən qolkiper Dioqu Koştanı transfer siyahısına daxil edib. Klub rəhbərliyi 26 yaşlı qapıçını əsas heyətin üzvü Tibo Kurtua üçün alternativ variant kimi nəzərdən keçirir.

İddialara əsasən, "kral klubu" bu transfer üçün qarşı tərəfə təxminən 50 milyon avro təklif etməyə hazırdır. Madridlilər Koştanın gələcəkdə Kurtuanı uğurla əvəz edə biləcəyini düşünür.

Qeyd edək ki, Diogo Costa "Portu"nun yetirməsidir və 2019-cu ildən əsas komandada çıxış edir. O, klubla birlikdə bir neçə dəfə ölkə çempionluğunu qazanıb. Qapıçı eyni zamanda Portuqaliya millisinin üzvü kimi UEFA Millətlər Liqası turnirində qalib adını qazanıb.

Hüseyn
Milli.Az