Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib.
Milli.Az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda "Beşiktaş" öz meydanında "Konyaspor"u qəbul edib.
Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. Enis Bardhi 90+8-ci dəqiqədə vurduğu qolla qonaqlara minimalhesablı qələbə qazandırıb.
Qeyd edək ki, "Konyaspor" finalda "Gənclərbirliyi" - "Trabzonspor" cütünün qalibi ilə üz-üzə gələcək.
Milli.Az