Rusiyalı aktrisa qəzada öldü - ANBAAN VİDEO

5 May 2026 22:30

Rusiyalı aktrisa Kseniya Dobromilova Moskvada yol qəzasında həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, 35 yaşlı aktrisa yol kənarında fotoçəkiliş edərkən anidən motosikl ona çırpılıb.

Zərbənin təsirindən nəqliyyat vasitəsi də aşıb.

Hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib. Çoxsaylı sınıq xəsarətləri alan qadını xilas etmək mümkün olmayıb.

Milli.Az