Rusiyanın Zaporojyeyə hava hücumu nəticəsində 12 nəfər ölüb

5 May 2026 22:21

Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə hava hücumu təşkil etməsi nəticəsində 12 nəfər ölüb.

Milli.Az xəbər verir ki, bu barədə Zaporojye Xüsusi Əməliyyat Qüvvələrinin rəisi İvan Fedorov məlumat verib.

Atəş nəticəsində 10-dan çox nəqliyyat vasitəsinin yerləşdiyi yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

"Xilasedicilər zərbə alan ərazilərdəki bütün yanğınları söndürüblər. Dövlət Fövqəladə Hallar Xidmətinin psixoloqları altı uşaq və iki əlil olmaqla 38 nəfərə yardım göstəriblər. Hadisə yerində bütün təcili yardım xidmətləri işləyir. Xilasetmə əməliyyatları davam edir", - Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin açıqlamasında deyilir.

Hücum nəticəsində 20 nəfərin yaralandığı bildirilir.

Milli.Az