Müğənni Aysel Əlizadə atası Sahib müəllimin 20 Yanvar faciəsində yaralanmasından danışıb.
Milli.Az xəbər verir ki, sənətçi bu haqda "Xəzər axşamı" proqramında söz açıb. O, bildirib ki, atası tankı vurmaq istəyəndə yaralanıb:
"Həmin vaxt hələ dünyaya gəlməmişdim, anamın bətnində 6 aylıq idim. Anamın yaşadığı həmin həyəcan mənim ürəyimdə qalmışdı. Doğulanda ürəyimdə problem olub. Müharibə vaxtı atam evdən butulka götürüb ki, tanka atsın. Tanka atmaq istəyəndə silahla atamı vurublar". (Axşam.az)
Milli.Az