Pula pul demir, anası "Qocalar evi"ndə yaşayır - VİDEO

5 May 2026 17:15

Türkiyəli müğənni Gülben Ergen anasını ziyarət etdiyi anları sosial şəbəkədə paylaşaraq diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi "Qocalar evi"ndə yaşayan anası ilə görüşündən görüntülər yayımlayıb. Lakin bu paylaşım izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər müğənnini tənqid edərək, anasının belə bir məkanda deyil, onunla birlikdə yaşamalı olduğunu bildiriblər.

Gülben Ergen isə daha əvvəl verdiyi açıqlamalarda anasının bu qərarı öz istəyi ilə verdiyini və aralarında heç bir problem olmadığını vurğulayıb.

Musa
Milli.Az