"Kurtlar Vadisi"nin aktyoru VİDEOsu ilə gündəm oldu

5 May 2026 17:40

"Kurtlar Vadisi" serialındakı "Zaza Dayı" obrazı ilə tanınan aktyor Ali Sürmeli Elazığspor üçün paylaşdığı video ilə yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, uzun müddətdir mediadan uzaq həyat yaşayan aktyorun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Sürmeli videoda Elazığspora dəstək mesajı verərək, "Şanlı Elazığspora uğurlar arzulayıram, çempionlar!" ifadəsini işlədib.

Qeyd edək ki, Kurtlar Vadisi Pusu serialında canlandırdığı "Zaza Dayı" obrazı ilə geniş tanınan aktyor son illər ictimaiyyət qarşısında az görünürdü. 

Milli.Az