Bəhlul Mustafazadədən xəbər VAR

5 May 2026 16:30

"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə zədəsini sağaldıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, futbolçu artıq fərdi məşqlərə başlayıb.

Xatırladaq ki, müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Nyukasl"a qarşı keçirilən matçda zədə almışdı.

Sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranan problemlə əlaqədar olaraq oyunçu bir müddət əvvəl cərrahi müdaxiləyə məruz qalmışdı.

Milli.Az