ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazını bağlamasından sonra başladılan "Azadlıq" əməliyyatının müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
Milli.Az xəbər verir ki, qərarın beynəlxalq müraciətlər və İranla aparılan danışıqlarda əldə edilən irəliləyiş fonunda verildiyi bildirilib.
Tramp sosial media hesabında qeyd edib ki, Pakistan və bəzi digər ölkələrin xahişi, həmçinin əməliyyat çərçivəsində əldə olunan hərbi uğurlar bu addımın atılmasına səbəb olub. O, əlavə edib ki, İran nümayəndələri ilə yekun razılaşmaya nail olmaq istiqamətində ciddi irəliləyiş var və bu səbəbdən əməliyyat müvəqqəti dayandırılıb.
Bununla yanaşı, ABŞ tərəfi blokadanın qüvvədə qaldığını və prosesin yekun razılaşma ilə nəticələnəcəyini gözlədiyini vurğulayıb.
Qeyd edək ki, "Azadlıq Layihəsi" mayın 4-də elan olunmuşdu. Layihə, bölgədəki böhranla əlaqəsi olmayan neytral ölkələrə məxsus gəmilərin təhlükəsiz keçidini təmin etməyi hədəfləyirdi.
Milli.Az