Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttində "sükut rejimi"nin tətbiq ediləcəyini açıqlayıb.
Milli.Az xəbər verir ki, dövlət başçısı bu barədə öz "Telegram" hesabında məlumat verib. Onun sözlərinə görə, 6 may saat 00:00-dan etibarən atəşin dayandırılması və sakitlik rejiminin təmin olunması planlaşdırılır.
Zelenski bildirib ki, 5-dən 6-na keçən gecədən başlayaraq müəyyən edilmiş vaxtdan etibarən "sükut rejimi" qüvvəyə minəcək və bu prosesin reallaşması mümkün hesab edilir. O həmçinin qeyd edib ki, bundan sonra tərəflər "güzgü prinsipi" əsasında hərəkət edəcək.
Asya
Milli.Az