Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşdü - Ölənlər var

5 May 2026 15:22

Ukraynaya məxsus PUA Rusiyanın Çeboksarı şəhərində yaşayış binasına düşüb.

Milli.Az xəbər verir ki, Ukraynaya məxsus PUA-nın Rusiyanın Çeboksarı şəhərində yaşayış binasına düşməsi nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb.

Bildirilib ki, Ukrayna PUA-sının yaşayış binasına düşməsi nəticəsində xəsarət alanların hamısı şəhər xəstəxanalarına yerləşdirilib.

Milli.Az