97 yaşlı qadının meyiti tapıldı

5 May 2026 13:48

Dünən Bakıda mənzillərin birində meyit tapılıb.

Milli.Az xəbər verir ki, saat 17 radələrində 1929-cu il təvəllüdlü Məqsumə Sadıxovna Gənciyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Qara Qarayev prospekti ev 49-da aşkar edilib.

Onun yaşı ilə əlaqədar dünyasını dəyişdiyi bildirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az