"Mahirin Almaniyanın "Kayzerslautern" klubunda az şans qazanmasını baş məşqçi ilə şəxsi münasibətlərlə əlaqələndiririk".
Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin meneceri və anası Elnurə Emreli deyib.
O bildirib ki, 26 yaşlı hücumçunun baş məşqçi Torsten Liberknextlə şəxsi problemi yoxdur: "Amma görünən odur ki, məşqçinin Mahirlə problemi var. Çünki oyunlarda ona kifayət qədər şans verilmir. Səbəbini isə bilmirik".
E.Emreli futbolçunun hazırkı klubuna fokuslandığını söyləyib: "Müqaviləsi davam etdiyi üçün başqa klublardan gələn təklifləri nəzərdən keçirmir. Bu, onun xarakterindən irəli gəlir. Hansı komandadadırsa, diqqətini ora yönəldir. Mövsüm hələ davam edir. Real təklif olmadığı halda, Mahirə bu barədə məlumat da vermirik".
Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"ə ötən mövsümün əvvəlində "Nürnberq"dən transfer olunub. Azərbaycan millisinin hücumçusu 2-ci Bundesliqa klubu ilə 3 illik müqavilə imzalayıb.
Milli.Az