Qarabağ Universitetində magistratura təhsili olacaq? - RƏSMİ

5 May 2026 13:02

"Hazırda Qarabağ Universitetində magistratura səviyyəsi üzrə qəbul aparılmır".

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Qarabağ Universitetindən bildirilib.

Qeyd olunub ki, 2026-2027-ci tədris ili üçün magistratura qəbulunun olub-olmayacağı ilə bağlı hələlik rəsmi qərar verilməyib:

"Qərar qəbul edildiyi təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək. Universitet yeni fəaliyyətə başladığı üçün təhsil pillələri ilə bağlı qərarlar mütəmadi olaraq yenilənir".

Mina Mikayılova
Milli.Az