Gəlinə milyonluq qızıl taxıldı - VİDEO

5 May 2026 11:35

İranlı gəlinin toy mərasimindən yayılan görüntülər sosial şəbəkələrdə geniş diqqət çəkib.

Milli.Az xəbər verir ki, toy zamanı gəlinin üzərinə milyonlarla dəyəri olduğu deyilən qızıl zinət əşyaları taxılıb. Tac, kəmər və müxtəlif gərdanlıqlarla bəzədilən gəlinin görüntüsü mərasimə xüsusi dəbdəbə qatıb.

Həm ənənəvi üslub, həm də zəngin bəzəklərin bir araya gəldiyi toy sosial mediada müzakirələrə səbəb olub.

İzləyicilər bu cür dəbdəbəli mərasimləri maraqla qarşılayaraq müxtəlif fikirlər səsləndiriblər.

Musa
Milli.Az