Süfrədə yeməklərin dadını duzsuz təsəvvur etmək mümkün deyil. Amma satışda olan bəzi duzların keyfiyyətinə tam da bələd deyilik.
Bəs keyfiyyətli duz necə olmalıdır?
Milli.Az xəbər verir ki duz orqanizmin fəaliyyətinə təsir edən vacib mineraldır. Elektrolitlər düzgün nəmləndirmə əzələ daralması qanın balansı üçün vacibdir. Duzun növlərinə gəldikdə isə dəniz suyundan və ya duzlu göl suyundan alınır. Süfrə duzunun başqa sağlam əvəzedicisi Himalay duzudur. O da çoxlu kalsium, kalium, maqnezium, dəmir və daha az natrium ehtiva edir.
Qida üzrə ekspertlərin sözlərinə görə, xüsusilə açıq şəkildə, qablaşdırılmadan satılan duzların tərkibi və təmizliyi hər zaman nəzarətdə olmur. Bu cür məhsulların tərkibində müxtəlif qarışıqlar və ya normadan artıq minerallar ola bilər. Paketlənmiş və üzərində istehsalçı məlumatları göstərilən duzların isə daha etibarlı olduğu qeyd edilir.
Mütəxəssislər yodlaşdırılmış duzdan istifadənin vacibliyini də vurğulayırlar. Bildirilir ki, yod çatışmazlığı qalxanabənzər vəz problemlərinə səbəb ola bilər. Buna görə də, satışda olan duzların yod tərkibinə xüsusi diqqət yetirilməsi tövsiyə olunur.
Mövzu ilə bağlı rəsmi qurumlar bildirir ki, bazarda satılan qida məhsullarına mütəmadi nəzarət həyata keçirilir. Qanunvericiliyə uyğun olmayan məhsullar aşkar edildikdə isə müvafiq tədbirlər görülür.
Mütəxəssislər istehlakçılara tövsiyə edir ki, duz alarkən məhsulun qablaşdırılmasına, tərkibinə və son istifadə tarixinə diqqət yetirsinlər. Sağlam qidalanma üçün keyfiyyətli və normaya uyğun məhsul seçimi əsas şərtlərdən biri hesab olunur.
Asya
Milli.Az