53 yaşlı Hollivud ulduzunun üçüncü övladı doğuldu - FOTO

5 May 2026 11:19

Məşhur Hollivud aktrisası Kameron Dias üçüncü övladını dünyaya gətirib.

Milli.Az xəbər verir ki, Benci Madden özünün "Instagram" hesabında paylaşım edib.

Musiqiçi aktrisanın oğlan övladının doğulduğunu bildirib. Valideynlər körpəyə Nautas adını qoyublar.

Xatırladaq ki, Kameron Diasla Benci Madden 2015-ci ildə ailə həyatı qurublar. Hollivud ulduzu ilk dəfə 2019-cu ildə ana olub və cütlüyün qızı dünyaya gəlib. 2024-cü ilin martında isə onların ikinci övladları (oğlan) doğulub. Həmin vaxt da məşhur cütlük bu xəbəri bir müddət sirr saxlamış, daha sonra sosial şəbəkədə elan etmişdi.

Milli.Az