Türkiyəli müğənni və aparıcı Seda Sayan şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bugünkü uğurlarına asanlıqla nail olmayıb. Onun sözlərinə görə, uşaqlıq və gənclik illəri maddi çətinliklər içində keçib.
Seda Sayan imkanlı ailədə böyümədiyini vurğulayaraq, hər şeyə öz zəhməti ilə çatdığını deyib. O qeyd edib ki, həyatında heç nə hazır şəkildə ona təqdim olunmayıb və uzun illər çalışaraq indiki mövqeyə yüksəlib:
"Gecekondu uşağıyam, ağzımda gümüş qaşıqla doğulmamışam".
Müğənni əlavə edib ki, insanlar onu yalnız indiki vəziyyəti ilə qiymətləndirməməlidir. Onun fikrincə, keçmişdə üzləşdiyi çətinliklər onu daha da möhkəmləndirib və əldə etdiyi uğurların əsasını təşkil edib.
Musa
Milli.Az