Məşhur bazara giriş 50 qəpikdən 5 manata QALDIRILIR?

5 May 2026 17:53

Nizami rayonu Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri bazarında sürücüdən 50 qəpik əvəzinə 5 manat ödəniş tələb edilib. 

Milli.Az xəbər verir ki, bəzi sürücülər iddia edirlər ki, bu onların başına da gəlir. 

Bazar əməkdaşının sözlərinə görə, alış-veriş üçün gələn şəxslərdən 50 qəpik, burada mağazası olub limitsiz gedib-gələn şəxslərdən isə 5 manat alınır:

"Əgər hansısa sürücüdən qanunsuz ödəniş tələb edilibsə, geri qaytarılacaq. Məsələ araşdırılacaq". 

Asya
Milli.Az