Cənubi Afrika Respublikasının şərqində öldürülən 500 kiloqramlıq timsahın mədəsindən insana aid bədən hissələri çıxarılıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, hadisə 59 yaşlı bir hotel sahibinin şiddətli yağış zamanı körpüdən "Timsah çayı"na düşərək yoxa çıxması ilə başlayıb. Uzunluğu təxminən 4.5 metr olan yırtıcı həmin şəxsin çaya düşdüyü ərazinin yaxınlığında aşkarlanıb. Axtarış əməliyyatına rəhbərlik edən polis kapitanı bildirib ki, timsah udduğu şikara görə o qədər ağırlaşıb ki, hətta qaçmağa belə cəhd göstərməyib.
Yırtıcının cəsədinin ərazidən götürülməsi üçün çətin əməliyyat keçirilib. Polis kapitanı Yohan Potgiter helikopterlə birbaşa timsahların olduğu çaya eniş edib. Ardınca həm o, həm də öldürülən sürünən helikopterlə ərazidən uzaqlaşdırılıb.
Zərərsizləşdirilmiş timsah mütəxəssislər tərəfindən yarılıb. Yırtıcının mədəsindən insana aid əllər və qabırğa sümüklərinin bir hissəsi çıxarılıb.
Milli.Az