Volkan Demirel işsiz qaldı

5 May 2026 09:38

Türkiyənin tanınmış futbol mütəxəssisi Volkan Demirel çalışdığı klubdan ayrılıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Gençlerbirliği" rəhbərliyi baş məşqçi ilə yolların ayrıldığını rəsmi şəkildə açıqlayıb.

Hazırda Ankara təmsilçisi çempionat cədvəlində arzuolunan nəticələr göstərmir.

Komanda 18 iştirakçı arasında 28 xalla 16-cı pillədə qərarlaşıb.

Hüseyn
Milli.Az